17 
İyl
2017
16:24
24
117
2711
Virtual karabakh

Azərbaycan öz məhsullarını əsas 5 ölkəyə satır

2017-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 738 milyon ABŞ dolları olub və ixrac əməliyyatlarında 1157 subyekt iştirak edib.

Oxu.Az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən bildirir ki, 2016-cı ilin ilk 6 ayına nisbətən 2017-ci ilin müvafiq dövründə qeyri-neft sektoru üzrə ixrac 27 faiz artıb. 2017-ci ilin 6 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan qərarlaşıb.

Belə ki, bu ilin 6 ayı ərzində Rusiyaya 274, Türkiyəyə 144, Gürcüstana 68, İsveçrəyə 67 və Türkmənistana isə 33 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2017-ci ilin iyun ayına gəldikdə isə, qeyd edək ki, ötən ay qeyri-neft sektoru üzrə 421 subyekt tərəfindən 181 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib. 2017-ci ilin may ayı ilə müqayisədə iyunda qeyri-neft sektoru üzrə ixrac 21 faiz artıb. İyun ayı üzrə ixrac olunan əsas mallar pomidor, qızıl, albalı, kartof, şəkər və s.-dir. Qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısına Rusiya başçılıq edib. Sonrakı yerlərdə isə İsveçrə, Türkiyə, Gürcüstan, Türkmənistan və digər ölkələrin adları var.

L.Ə.

www.oxu.az 

Digər İqtisadiyyat xəbərləri