17 
İyl
2017
18:06
136
48
1235
Virtual karabakh

Problemli kreditlərin həcmi bir ildə 15 faizə yaxın artıb

17 İyl, 2017
18:06
1235

Problemli kreditlərin həcmi bir ildə 15 faizə yaxın artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci il iyunun 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz azalaraq milli valyuta ekvivalentində 14794,0 milyon manat olub.

Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, ümumi kredit portfelinin 11774,2 milyon manatı və ya 79,6 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 32,2 faizi dövlət, 65,1 faizi qeyri-dövlət bankları, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 11,8 faizini təşkil edib. Ümumilikdə 1739,8 milyon manatın ödəmə vaxtı keçib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz artım deməkdir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri