20 
İyl
2017
17:01
47
19
1163
Virtual karabakh

Daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətdən istifadə edənlərin sayı açıqlandı

Daşınmaz əmlakın qeydiyyatı üzrə 22 elektron xidmətdən istifadə edənlərin sayı 130 minə yaxın olub.

Oxu.Az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, qurumun www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdir. Bu xidmətlərdən istifadə edənlərin sayı bütövlükdə 90 minə yaxındır.

Daha çox istifadə olunan xidmətlərdən biri də dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmətdir. İndiyədək müraciət edənlərin sayı 20 minə yaxın olub. Cari il ərzində komitənin göstərdiyi elektron xidmətlərdən istifadə edənlərin böyük hissəsi, 70 minə yaxını daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların  - Forma-1-in alınmasına  aiddir.

Komitə tərəfindən tətbiq olunaraq geniş yayılan, əhali arasında müsbət qarşılanan sosial layihələrdən biri də “Kütləvi çıxarış” kampaniyasıdır. Kampaniya komitənin qeydiyyat xidmətlərini əhalinin birbaşa ünvanlarında, iş yerlərində, kəndli və fermerin əkin sahələrində çatdıraraq onları vaxt itkisi olmadan, operativ şəkildə çıxarış əldə etməsinə imkan yaradır. Cari ilin ilk 6 ayında keçirilmiş 14 kampaniyanın 2-si paytaxt rayonlarında, 12-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub.

Komitənin mobil ofis xidmətləri də gündəlik olaraq respublikanın müxtəlif ərazilərinə gedərək fərqli növlərdə qeydiyyat xidmətləri göstərir. Bu xidmətlərin həyata keçirilməsində başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirmək və göstərilən xidmətləri daha da sadələşdirməkdir. Mobil ofis xidmətindən bu günə qədər 200 mindən artıq vətəndaş faydalanıb. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri