Avq
2017
22:48
192
108
15115
Virtual karabakh

Bakının məşhur bazarı bağlanır? – YENİLƏNİB + VİDEO

2 Avq, 2017
22:48
15115

Bakının məşhur bazarı bağlanır? – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtında mərkəzində yerləşən və tanınmış bazarlardan biri olan “Təzə bazar”ın bağlanmaq xəbəri təşvişə səbəb olub. 

Oxu.Az-ın xəbərinə görə, Xəzər TV bu məlumatın doğru və ya yalan olduğunu araşdırmaq üçün bazarın özünə baş çəkib.

Mağazalar açıq, bazar isə fəaliyyətdə. Bazarın baş nəzarətçisi Qabil Quliyev bildirir ki, bazarın bağlanması ilə bağlı məsələ müzakirə mövzusu deyil. Sadəcə idarəçilik formasında dəyişiklik ediləcək.

Qabil Quliyev onu da qeyd edib ki, “Təzə bazar” yaxın zamanlarda yeni görkəm alacaq və bazarda hər şey müasir tələblərə uyğun olaraq qurulacaq.

Xatırladaq ki, “Təzə bazar” həm də ev heyvanlarının ən çox satıldığı yer olaraq da tanınır.

11:34

“Təzə Bazar” MMC ləğv olunub.

Oxu.Az Vergilər qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, kreditorlar Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -1, ev 129 ünvanına müraciət edə bilərlər. 

Xatırladaq ki, cari ilin aprel ayında bazarda güclü yanğın baş vermişdi.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri