Avq
2017
17:38
44
147
4486
Virtual karabakh

Ruslar kütləvi şəkildə dollar və avro alır

Rusiya əhalisi dollar və avronun alışını artırıb. 

Oxu.Az xəbər verir ki, “Binbank”ının konvertasiya əməliyyatları üzrə mərkəzinin direktoru Stanislav Makarov bildirib ki, buna səbəb hər iki valyutanın rubla nisbətdə bahalaşması olub. 

O qeyd edib ki, valyuta əməliyyatları 20 faiz artıb. Valyuta əməliyyatlarının gündəlik dövriyyəsində isə artım ötən ayla müqayisədə 10 faiz olub.  

Ekspertlər  dollar və avroya tələbin  daha da artacağını gözləyirlər. Çünki bu valyutaların bahalaşması rusların onlara daha çox investisiya etməsinə gətirib çıxarır.

Analitiklərin proqnozlarına əsasən, ilin sonuna 1 dollar 60-65 rubl, 1 avro isə 69-73 rubl təşkil edəcək. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri