10 
Avq
2017
14:44
11
123
1721
Virtual karabakh

Havaların isti keçməsi su anbarlarını qurudub?

10 Avq, 2017
14:44
1721

Havaların isti keçməsi su anbarlarını qurudub?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə son günlər davam edən və 40 dərəcəlik temperatur həddini aşan isti günlərdən sonra çaylarda və su anbarlarında sululuğun azaldığına dair məlumatlar yer alır. Bəziləri həmin su mənbələrində suyun həcminin hətta 75 faizədək azaldığını qeyd edir, bəziləri isə bunu əsas götürərək Azərbaycanda, xüsusən də Bakı və Abşeron yarımadasında su qıtlığının və əhaliyə verilən suyun tamamilə kəsilməsi təhlükəsinin yarandığını bildirirlər.

Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki,  “Azərsu” QSC-yə sorğu ünvanlanıb. Cəmiyyətdən sorğuya cavab olaraq bildiriblər ki, hazırda nə Azərbaycanda, nə də Bakı və Abşeron yarımadasında susuzluq təhlükəsi var:

“Qızmar istilərin olmasına baxmayaraq, biz su mənbələrindən əvvəllər nə qədər həcmdə su götürürdüksə, indi də o qədər su götürüb əhaliyə veririk. Su mənbələrinin də heç birində ciddi susuzluq problemi yaranmayıb. Ona görə də əhali buna görə narahat olmaya bilər”.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri