10 
Avq
2017
15:30
37
154
10814
Virtual karabakh

Sabah dolların məzənnəsi kəskin arta bilər - Proqnoz

10 Avq, 2017
15:30
10814

Sabah dolların məzənnəsi kəskin arta bilər - Proqnoz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah ABŞ-da açıqlanması gözlənilən inflyasiya göstəricisinin gözləniləndən yüksək olması dolların məzənnəsini kəskin artıra bilər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, “Bloomberg” agentliyi tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, analitiklər iyul ayında inflyasiyanın 0,2% olacağını düşünür.

Son 4 ayda inflyasiyanın proqnozlardan aşağı templə artması ABŞ Federal Ehtiyat Sisteminin (FES) monetar siyasətini dəyişdirməsinə mane olur. Belə ki, FES-in uçot dərəcəsini artırması üçün əsas şərt məhz inflyasiyanın sürətlənməsidir. Faktiki isə illik inflyasiya 1,7%-dən 1,4%-ə geriləyib.

İqtisadçılar iyul ayında inflyasiyanın sürətlənməsi ehtimalını dolların ucuzlaşması, idxal qiymətlərinin artması və işçi qüvvəsinə artan tələblə izah edirlər. Buna baxmayaraq, sorğuda iştirak edən 75 respondentin 21-i inflyasiyanın 0,1% təşkil edəcəyini bildirib.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri