12 
Avq
2017
10:20
7
282
7591
Virtual karabakh

Kərə yağının bahalaşma səbəbi bəlli oldu

12 Avq, 2017
10:20
7591

Kərə yağının bahalaşma səbəbi bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin 7 ayında ölkəyə 9 209.34 ton kərə yağı və süddən hazırlanmış digər yağ məhsulları idxal edilib.

Oxu.Az xəbər verir ki,   bu məhsulların idxal dəyəri 40 363.87 min dollar təşkil edib. Hesabat dövründə ölkəyə kərə yağının idxal həcmi  ötən ilin müvafiq dövrünə nisbətdə 1,79 faiz, statistik dəyər baxımından isə 28,78 faiz artıb. 

Qeyd edək ki, cari ilin 6 aynda ölkəyə kərə yağı idxalı 0,44 faiz azalsa da, statistik dəyər 18,56 faiz artıb. Bu da ölkəyə gətirilən yağın idxal dəyərinin bahalaşması deməkdir. 

Gömrük statistikası göstərir ki, cari ilin may ayından etibarən ölkəyə yağ idxalı azalıb. Əvəzində bu məhsulların idxal dəyəri yüksəlib.

L.Ə.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri