Sen
2017
11:13
20
40
656
Virtual karabakh

Azərbaycan hasilatın azaldılması ilə bağlı öhdəliyi yerinə yetirib

5 Sen, 2017
11:13
656

Azərbaycan hasilatın azaldılması ilə bağlı öhdəliyi yerinə yetirib

Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin avqust ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Oxu.Az nazirliyə istinadən xəbər verir ki, cari ilin avqust ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 734,8 min barel olub. Bunun 704 min barelini xam neft, 30,8 min barelini kondensat təşkil edib. Gündəlik 617,6 min barel xam neft, 30,8 min barel kondensat, 6,6 min barel isə neft məhsulları ixrac edilib.

Beləliklə, neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də tam yerinə yetirib.

Qeyd edək ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda 793,7 min barel, iyulda isə 796,7 min barel olub.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri