Sen
2017
12:54
8
47
1251
Virtual karabakh

MDB-yə üzv ölkələrin ali audit qurumlarının Rəhbərlər Şurasının XVII sessiyası keçirilir

5 Sen, 2017
12:54
1251

MDB-yə üzv ölkələrin ali audit qurumlarının Rəhbərlər Şurasının XVII sessiyası keçirilir

Bu gün Bakıda MDB-yə üzv ölkələrin ali audit qurumlarının Rəhbərlər Şurasının XVII sessiyası işə başlayıb. 

Oxu.Az xəbər verir ki, tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edib.

O bidirib ki, sessiyada müzakirə olunan əsas məsələ ali audit orqanlarının fəaliyyətinin iqtisadi, sosial, inzibati effektlərinin qiymətləndirilməsi, bu göstəricilər sisteminin müəyyənləşdirilməsi ilə bağlıdır: "Kənar dövlət maliyyə nəzarəti funksiyası həyata keçirən ali audit qurumlarının maliyyə inzibatçılığında vacib rolu müxtəlif beynəlxalq sənədlərdə öz əksini tapıb. MDB məkanına daxil olan və bizə tərəfdaş olan dövlətlərin ali audit qurumlarının Rəhbər Şurasının növbəti sesssiyası ilk dəfə Bakıda keçirilir. Bu sessiya dövlət auditini həyata keçirən orqanların fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi, bu göstəricilər sisteminin inkişaf istiqamətlərinə həsr edilib. Sessiyada əsas məsələ ali audit orqanlarının fəaliyyətinin iqtisadi, sosial, inzibati effektlərinin qiymətləndirilməsi, bu göstəricilər sisteminin müəyyənləşdirilməsi ilə bağlıdır. Sesssiyada bu göstəricilər sisteminin MDB-də vahid bir formaya salınması ilə bağlı qarşılıqlı müzakirələr aparılacaq".

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri