12 
Sen
2017
19:00
12
56
2712
Virtual karabakh

Bank rəhbərləri ilə görüş keçirildi

12 Sen, 2017
19:00
2712

Bank rəhbərləri ilə görüş keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bank nümayəndələri ilə görüş keçirilib.

Oxu.Az Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir ki, görüşdə MBNP-nın baş icraçı direktorunun müavini, Strateji xidmətlər Departamentinin direktoru Asim Zülfüqarov, Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov, Bank fəaliyyətinə nəzarət Departamentinin direktoru İmran Məmmədov, ABA-nın Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov və kommersiya banklarının nümayəndələri iştirak ediblər.

Görüş zamanı malların ixracından banklara daxil olan vəsait barədə məlumatların MBNP-ya ötürülməsi prosesi müzakirə olunub. Bildirilib ki, banklarda gömrük bəyannaməsinin nömrəsinin olmaması və ixrac edilmiş malların dəyəri barədə Dövlət Gömrük Komitəsindən məlumatın banklara vaxtında daxil olmaması gecikmələrə səbəb olur.

MBNP bu prosesi sadəşdirmək üçün məlumatın ötürülməsi müddətinin 2 həftəyədək uzadılmasını təklif edir.

Qeyd edək ki, qanunvericiliyə əsasən, Dövlət Gömrük Komitəsi 180 gün ərzində ixrac edilmiş malların dəyəri barədə banklara məlumat verməli, banklar isə 3 gün ərzində sözügedən məlumatları MBNP-na təqdim etməlidir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri