13 
Sen
2017
14:58
11
60
1235
Virtual karabakh

Sutkalıq neft hasilatını kim, nə qədər azaldıb? - Hesabat

13 Sen, 2017
14:58
1235

Sutkalıq neft hasilatını kim, nə qədər azaldıb? - Hesabat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

OPEC-ə üzv olmayan ölkələr Azərbaycan və Qazaxıstanın hesabına neft hasilatının azaldılmasına dair razılaşma üzrə plana 118% əməl ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (International Energy Agency, IEA)  sentyabr ayı üzrə hesabatında deyilir.

Sənəddə qeyd edilib ki, avqustda sutkalıq hasilatı 30 min barel (kvota 20 min barel) azaldan Qazaxıstan plana təxminən 3 dəfədən çox əməl edib. Azərbaycan isə avqustda sutkalıq hasilatı 78 min barel azaldıb ki, bu da 54 min barel həcmində olan kvotadan 24 min barel çoxdur.

Ötən ay Meksikada sutkalıq hasilat 170 min barel səviyyəsində olub. Razılaşmaya əsasən, Latın Amerika ölkəsi sutkada 100 min barel neft hasil edə bilər.

Sutkalıq hasilatla bağlı 300 min barel həcmində olan kvotaya əməl etməli olan Rusiya avqustda sutkada 316 min barel neft hasil edib ki, bu da plana 105% səviyyəsində əməl olunduğundan xəbər verir. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri