13 
Sen
2017
14:41
14
54
1383
Virtual karabakh

"Bank Respublika"da növbənizi bir dəqiqə ərzində öncədən təyin edin!

13 Sen, 2017
14:41
1383

"Bank Respublika"da növbənizi bir dəqiqə ərzində öncədən təyin edin!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Bank Respublika"nın “Mobil Vizit” xidmətindən istifadə etməklə banka ziyarətinizi əvvəlcədən rezerv etmək mümkündür. Bu xidmət müştərilərə öz iş günlərini daha səmərəli planlaşdırmağa və uyğun xidmət vaxtını təyin etməyə imkan verir. 

Yeni xidmət pulsuzdur və Mobil Şöbə əlavəsinin funksionalında aktivləşdirilib. Müştəri müraciət edəcəyi bank məhsulunu seçən kimi, həmin xidmət avtomatik qaydada qısa müddətdə xidmət vaxtını təyin etmək üçün ən uyğum filialları təklif edəcək.

Daha sonra, istifadəçiyə ondan öncə növbə gözləyən müştərilərin sayı və müvafiq olaraq gözləmə vaxtı haqqında məlumat  və sıra nömrəsi veriləcək.

Həmçinin SMS-bildirişi də aktivləşdirmək olar və müştəri növbədə 2/3-cü olan kimi  SMS-bildiriş göndəriləcək. Hətta bankdan kənarda olan zaman belə, bu xidmət müştərinin növbəsini qaçırmamaq üçün yardımçı olacaq.

Mobil Şöbə əlavəsini aşağıdakı linklərə keçidlə yükləmək olar:

Android - https://play.google.com/store/apps/details?id=com.brmobilshobe&hl=ru 

iOS - https://appsto.re/az/7jeFbb.i

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri