13 
Sen
2017
16:27
103
42
1276
Virtual karabakh

Britaniyalı nazir Azərbaycana gəlir

13 Sen, 2017
16:27
1276

Britaniyalı nazir Azərbaycana gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan Azərbaycana gəlir.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Onun sabah Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilənin imzalanması mərasimində iştirak edəcək.

2016-cı il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) AÇG-nin 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini, yataqlar blokunun 2050-ci ilədək işlənməsi üçün niyyət məktubu imzalayıblar.

Razılaşma AÇG-yə irihəcmli sərmayələrə və blokun işlənməsinin davam etdirilməsinə yol açacaq. Hazırda AÇG-də gündəlik neft hasilatı təxminən 620 min bareldir. Tərəfdaşlıq üzrə işləri BP idarə edəcək.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri