13 
Sen
2017
17:45
15
61
1492
Virtual karabakh

Tərəfdaş axtarma, hər yerdə taksitlə ödə

Artıq alış-veriş zamanı taksitlə ödəmək üçün tərəfdaş axtarmağa gərək yoxdur. "Expressbank"ın təqdim etdiyi "Smilecard" vasitəsi ilə müştərilər bütün satış nöqtələrində xərclədikləri məbləği aylara bölərək, hissə-hissə ödəmək imkanı əldə edir. Üstəlik, “gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” şüarı altında təqdim olunan "Smilecard" taksit kartı müştərilərinə həm də "cashback" qazandırır.

Dünyanın istənilən yerində "Smilecard" ilə edilən əməliyyat zamanı (onlayn alış-veriş, POS ödənişlər və s.) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür və ödəniş qrafiki formalaşır. Bu zaman bank komissiyası müvafiq olaraq, 6% və ya 12%, kredit üzrə illik faiz dərəcəsi isə 0% təşkil edir.

"Smilecard"a sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında "Expressbank"ın istənilən filialına yaxınlaşmaqla 2000 AZN-dək arta bilən taksit balansına malik kart əldə edə bilərlər. Kart müştərilərə pulsuz verilir və 3 il müddətində istifadə oluna bilər. "Smilecard"ın digər üstünlüklərindən biri də - ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadə etmə imkanıdır.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi "Facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.

www.oxu.az 

Digər İqtisadiyyat xəbərləri