14 
Sen
2017
12:03
10
64
542
Virtual karabakh

Mərkəzi Bank 100 mln. manat vəsait cəlb etməyi planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

Oxu.Az xəbər verir ki, sentyabrın 18-də keçiriləcək hibrid depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01 - 14,99% təşkil edir.

L.Ə.

www.oxu.az 

Digər İqtisadiyyat xəbərləri