27 
Sen
2017
08:48
130
18
2795
yuxarı
Azərbaycana 460 ədəd texnika göndərilir
27 Sen, 2017
08:48
2795
130
18
Azərbaycana 460 ədəd texnika göndərilir
Minsk traktor zavodu (MTZ) bu il ərzində Azərbaycana əlavə olaraq 460 ədəd texnika göndərmək niyyətindədir.
Oxu.Az “APA-Economics”ə istinadla xəbər verir ki, göndərilən texnikalardan 60-ı pambıqyığan kombayndır.
MTZ-nin baş direktoru Fyodor Domotenko bildirib ki, onun rəhbərlik etdiyi müəssisə Gəncə avtomobil zavodu ilə birgə yığdığı traktorların Türkiyə bazarına çıxarılmasını planlaşdırır. “Detallar MTZ-dən gətiriləcək, yığım isə Gəncədə baş tutacaq. Bu, bizə də, azərbaycanlı tərəfdaşlarımıza da gəlir gətirəcək”, - deyə baş direktor qeyd edib.
A.S.