12 
Okt
2017
12:33
89
27
5969
Virtual karabakh

Rusiyada yeni əskinasların təqdimatı keçirilib - FOTO

12 Okt, 2017
12:33
5969

Rusiyada yeni əskinasların təqdimatı keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Bankı bu gün yeni 200 və 2000 rubl nominallı əskinasları təqdim edib. 

Oxu.Az TASS -a  istinadən xəbər verir ki, yeni əskinasların dizaynı ümumrusiya müsabiqəsində seçilib. 

Müsabiqədə Uzaq Şərq və Sevastopolun təsvirləri qalib gəlib. 2000 rubl nominallı əskinasda "Russkiy" adasında olan körpü və "Vostoçnıy" kosmodromu, 200 rubl nominallı əskinasda isə "Xersones Tavriçeskiy" və batan gəmilərin xatirəsi əks etdirilib.

Əskinaslar bu il tədavülə buraxılacaq. "Interfax" agentliyinin verdiyi məlumata görə, əskinasların istehsalında yeni texnologiyalardan istifadə olunub. 

Onların tədavül müddətini uzatmaq üçün xüsusi polimerdən istifadə edilib.

N.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri