12 
Okt
2017
12:46
6
66
3213
yuxarı
BP neftin qiyməti ilə bağlı proqnozunu açıqladı
12 Okt, 2017
12:46
3213
6
66
BP neftin qiyməti ilə bağlı proqnozunu açıqladı
Bu ilin oktyabrın 24-də BP-nin baş iqtisadçısının müavini Vladimir Drebentsov Azərbaycana səfər edəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, V.Derbentsovun hökumət və KİV nümayəndələri ilə görüşü nəzərdə tutulub.
"İki ildən bir biz BP Qrupunun iqtisadçılarını Azərbaycana dəvət edirik. Səfərin məqsədi 2035-ci ilədək enerji bazarı haqqında düşüncələrin, tələb-təklif, qiymət məsələləri ilə bağlı məlumatların toplanmasıdır", - deyə B.Aslanbəyli vurğulayıb.
Vitse-prezident əlavə edib ki, BP-nin iqtisadçılar ofisi 2018-ci ildə neftin qiymətində ciddi artım gözləmir.
A.M.