12 
Okt
2017
15:18
20
63
2066
Virtual karabakh

"Bank VTB" (Azərbaycan)-ın idarə heyətinin yeni üzvü təyin olunub

"Bank VTB" (Azərbaycan)-ın maliyyə departamentinin müdiri Roman Rudakov idarə heyətinin yeni üzvü təyin olunub. 

Roman Rudakov Belqorod Dövlət Universitetini, eləcə də, Moskva Dövlət polad və ərintilər institutunu bitirib. Bank sahəsində böyük təcrübəyə malikdir: o, Rusiyanın "Uralsib", "PromServisBank", "Bank Aleksandrovski" və digər banklarında rəhbər vəzifələrdə çalışıb. 
2017-ci ildən Bank VTB (Azərbaycan)-ın maliyyə departamentinə rəhbərlik edir.

www.oxu.az