12 
Okt
2017
16:23
15
160
7096
Virtual karabakh

Piylənməyə qarşı dünyada bu qədər vəsait xərclənəcək

12 Okt, 2017
16:23
7096

Piylənməyə qarşı dünyada bu qədər vəsait xərclənəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarşıdakı 8 ildə ABŞ piylənmə ilə mübarizəyə 4,2 trilyon dollar xərcləməyi hədəfləyir. 

Oxu.Az xəbər verir ki, bu barədə “The Guardian”  Piylənmə ilə Mübarizə üzrə  Beynəlxalq Federasiyanın (World Obesity Federation, WOF) hesabatlarına istinadən məlumat yayıb.  

Qeyd olunur ki, 2025-ci ildə dünyada 2,7 milyard nəfərə yaxın yetkin insan artıq çəkiyə sahib olacaq. 177 milyon nəfər isə həddən artıq piylənmədən əziyyət çəkəcək. 

Əgər artıq çəki ilə mübarizə aparılmazsa, 2025-ci ildə ölkələr piylənmə xəstəliyinə illik 1,2 trilyon dollar sərf edəcəklər. 

Onu da bildirək ki, piylənmə ABŞ əhalisi arasında daha çox rast gəlinən xəstəlikdir. Bu ölkədə piylənmənin müalicəsinə illik 325 milyard dollar sərf edilir. WOF-un proqnozuna əsasən, 2025-ci ildə həmin rəqəm 555 milyard dollara yüksələcək. 

Nəzərə çatdıraq ki, Çində piylənmənin müalicəsinə illik 80 milyard dollar sərf olunur. Rusiya və Almaniyanın bu yöndə xərcləri 40-50 milyard dollar təşkil edir.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri