12 
Okt
2017
16:45
36
86
1517
Virtual karabakh

Azərbaycanda neft hasilatı azaldı

12 Okt, 2017
16:45
1517

Azərbaycanda neft hasilatı azaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin yanvar-sentyabr ayları ərzində SOCAR tərəfindən 5 mln. 579,3 min ton neft hasil edilib.

Oxu.Az SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 1,7% azdır.

Ötən ay SOCAR tərəfindən 615,8 min ton neft hasil olunub.

Ümumilikdə, 2017-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda 28 mln. 820,8 min ton neft hasil edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7,9% azalmadan xəbər verir. Ötən ay Azərbaycan üzrə hasilat 3 mln. 219,6 min ton təşkil edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri