12 
Okt
2017
19:00
39
211
14881
Virtual karabakh

Gürcüstanın Azərbaycana olan borcu açıqlandı

12 Okt, 2017
19:00
14881

Gürcüstanın Azərbaycana olan borcu açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin oktyabrın 1-nə Gürcüstanın xarici dövlət borcu 5 mlrd. 5,855 mln. dollar təşkil edir.

Oxu.Az xəbər verir ki, bu barədə APA-nın yerli bürosu Gürcüstanın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, borcun 4,963 mlrd. dolları hökumətin payına düşür.

Qonşu ölkənin Azərbaycana olan borcu 8,995 mln. dollar təşkil edir.

Gürcüstanın ən çox Almaniya (288 mln. dollar), Yaponiya (207 mln. dollar) və Fransaya (131 mln. dollar) borcu var. Türkiyə, Rusiya və Ermənistana Gürcüstanın dövlət borcu müvafiq olaraq 17,2 mln., 72,5 mln. və 10,3 mln. dollar təşkil edir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri