13 
Okt
2017
12:38
9
38
3837
Virtual karabakh

BVF sədrindən "Bitcoin" ilə bağlı xəbərdarlıq

Beynəlxalq Valyuta Fondunun sədri Kristin Laqard CNBC-yə verdiyi müsahibəsində böyük mərkəzi banklara virtual valyutalarla bağlı xəbərdarlıq edib.

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, BVF sədri qlobal maliyyə qurumlarını virtual valyutaya münasibətdə diqqətli olmağa çağırıb. O, buna səbəb kimi risk amillərini qeyd edib: "Böyük təxribatlar görməyə yaxınıq". 

Qeyd edək ki, son iki gündə "Bitcoin"in qiyməti 5 min dollar səviyyəsini aşıb. Bu gün səhər saatlarında 5874 dollara yüksələrək, tarixi maksimal səviyyəyə çatıb.

L.Ə.

www.oxu.az