13 
Okt
2017
16:58
16
72
1167
Virtual karabakh

Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi açıqlandı

Cari ilin sentyabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12376,6 milyon manat təşkil edib.

Oxu.Az xəbər verir ki, ümumi kredit portfelinin 10020,9 milyon manatı və ya 81,0 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,3 faizi banklar, 3,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. 

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 1824,0 milyon manata çatıb. Bu məbləğ ümumi kredit portfelinin 14,7 faizini təşkil edib. 

L.Ə.

www.oxu.az