13 
Okt
2017
17:18
22
83
817
Virtual karabakh

Dövlət bankı "Azər Türk Bank" "Bakı Şopinq Festivalı"nın rəsmi tərəfdaşıdır

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamından irəli gələn tədbirlərdən biri də Bakıda şopinq festivallarının təşkilidir.  İldə iki dəfə  təşkil edilməsi nəzərdə tutulan "Bakı Ticarət Festivalı" ("Baku Shopping Festival") bu dəfə oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcəkdir. Ölkədə bir çox əhəmiyyətli layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı "Azər Türk Bank" bu möhtəşəm tədbirin ərsəyə gəlməsində də rəsmi tərəfdaş qismində çıxış edir. Bundan əlavə,  "Azər Türk Bank" festivalın müvəkkil banklarından biridir.

Vətəndaşlar festivalın mağazalarında 100 AZN-dan çox məbləğdə alış-verişin müvafiq qaydalarına uyğun olaraq ƏDV-nin müəyyən qismini bankımızın baş ofis, filial və şöbələri vasitəsilə, alıcının istəyinə uyğun olaraq, elə həmin gün nağd qaydada və ya 10 iş günündən gec olmayaraq milli və ya xarici valyutada bank kartına  köçürmə ilə geri ala biləcəklər.

Həmçinin Dövlət bankı olan "Azər Türk Bank" müştərilər üçün möhtəşəm bir fürsət yaradaraq, sığorta xərclərini ödəmədən 15000 AZN-dək kredit əldə etmək imkanını təqdim edir. Bu imkan Bankın müştərilərinə 15 oktyabr – 15 noyabr tarixində keçirilən Bakı Şopinq Festivalının 400-dən çox mağazalarında alış-veriş edib, müxtəlif endirim, kampaniya və “Tax Free” sistemindən yararlanmaq fürsəti də yaradır.

22 ildir fəaliyyət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

www.oxu.az