15 
Noy
2017
10:55
61
25
2759
Virtual karabakh

"Azər Türk Bank" ipoteka kreditlərinin faiz dərəcəsini endirdi

Dövlət bankı "Azər Türk Bank" hər zaman müştərilərinə müxtəlif növ kreditləri daha münasib şərtlərlə təklif etməkdədir. Hazırda Bank "Azərbaycan İpoteka Fondu"nun xətti ilə ayrılmış adi ipoteka kreditinin illik faiz dərəcəsini endirərək, Bankın əməkhaqqı kartı sahibi olan müştəriləri üçün 7% səviyyəsində müəyyənləşdirib.

Kreditin maksimal məbləği 150 000 manat, müddəti 25 ildir.

İpoteka kreditindən faydalanaraq ev sahibi olmaq istəyən hər bir şəxs https://e-ipoteka.az/ saytında qeydiyyatdan keçib, ərizə formasını dolduraraq "Azər Türk Bank"a müraciət edə bilər.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

www.oxu.az

Digər İqtisadiyyat xəbərləri