17 
Noy
2017
16:47
18
65
1948
Virtual karabakh

"Expressbank" müştəriləri üçün xüsusi güzəştlər

17 Noy, 2017
16:47
1948

"Expressbank" müştəriləri üçün xüsusi güzəştlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Expressbank" MasterCard növlü kart sahibləri üçün yeni - Priceless Specials proqramına start verir. Artıq "Expressbank"ın bütün Mastercard® və Maestro® kart sahibləri Bakının bir çox xidmət və satış nöqtələrində müxtəlif kateqoriyalar üzrə (kafe, restoran, sağlamlıq, spa, parfümeriya, mebel, ev aksesuarları, gül butikləri və digər sektorlar)  eksklüziv endirimlər əldə edəcəklər.

Kampaniya ilə bağlı müvafiq satış nöqtələrinin siyahısı və endirimlər haqqında ətraflı məlumatı www.mastercard.az saytına daxil olmaqla öyrənmək mümkündür. Amma bu da son deyil! "Expressbank"ın kartlarıyla alış-veriş edən müştərilər nəinki endirim, həmçinin ExpressClub layihəsi çərçivəsində 20%-dək “cashback” qazanırlar. 

Xatırladaq ki, "Expressbank"dan Maestro kartlarını 6 AZN,  MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərsiniz. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. İstənilən Expresspay terminalı və mobil pul kisəsi vasitəsilə bankın kartlarına dərhal, rahat və komissiyasız vəsait yerləşdirə bilərsiniz.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 4000-dək POS-terminal və 600-dən artıq Expresspay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi "Facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri