20 
Noy
2017
14:09
74
15
1302
Virtual karabakh

Cənubi Qafqaz Boru Kəməri üzrə işlər tamamlanmaq üzrədir

20 Noy, 2017
14:09
1302

Cənubi Qafqaz Boru Kəməri üzrə işlər tamamlanmaq üzrədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə işlərin 98 faizi görülüb.

Oxu.Az “BP-Azerbaijan”a istinadən xəbər verir ki, cari ilin üçüncü rübü ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Ümumilikdə bu işlərin – tikinti və istismar sınaqları daxil olmaqla, 98 faizi artıq tamamlanıb.

Azərbaycanda əsas kəmər xəttinin inşası işləri tamamlanmaq üzrədir. Təqribən 419 kilometr uzunluğunda borular artıq qaynaq edilib, 380 kilometr boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb. Bundan əlavə, 6 hidro-sınaq bölməsində işlər bitib.

Gürcüstan ərazisində əsas boru kəməri xəttinin inşası işləri tamamlanıb. Əsas kəmər xəttinin istismar sınaqları 90 faiz bitib və 2017-ci ildə başa çatmaq planına uyğundur.

Gürcüstanda hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri və istismar sınaqları davam edib. Birinci kompressor stansiyasında tikinti işləri 100 faiz, istismar sınaqları isə 67 faiz bitib. Bu obyekt 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir. İkinci kompressor stansiyasında tikinti işləri 82 faiz tamamlanıb. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) tikinti işləri 100 faiz, istismar sınaqları isə təqribən 87 faiz yerinə yetirilib. Bu obyekt 2017-ci ildə hazır olmaq planına uyğun irəliləyir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri