20 
Noy
2017
17:49
89
36
1334
Virtual karabakh

Azərbaycan OPEC-in iclasına qatılacaq

20 Noy, 2017
17:49
1334

Azərbaycan OPEC-in iclasına qatılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 173-cü iclasına dəvət olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Azertac-a Energetika Nazirliyindən məlumat verilib.

Qeyd edilir ki, iclasda OPEC və qeyri-OPEC ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair saziş üzrə öhdəliklər, eləcə də, istehsal kvotanın artırılmasının əsas müzakirə mövzusu olacağı planlaşdırılır.

Azərbaycan OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini oktyabr ayında da yerinə yetirib. Oktyabr ayında respublika üzrə gündəlik neft hasilatı 800,6 min barel olub. Bunun 746,8 min barelini xam neft, 53,8 min barelini kondensat təşkil edib. Gündəlik 628 min barel xam neft, 53,8 min barel kondensat, 24,3 min barel isə neft məhsulları ixrac edilib.

Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda 793,7 min barel, iyulda 796,7 min barel, avqustda 734,8 min barel, sentyabrda isə 785,7 min barel olub.

OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyədək iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri