21 
Noy
2017
00:44
15
217
2295
Virtual karabakh

Azərbaycan soğan toxumunu niyə xaricdən alır?

21 Noy, 2017
00:44
2295

Azərbaycan soğan toxumunu niyə xaricdən alır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda soğan təsərrüfatında yerli toxumdan az istifadə olunur.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Trend-ə açıqlamasında Ağdam rayonundan olan sahibkar Nadir Hacıyev deyib.

Onun sözlərinə görə, ölkədə ən çox soğan təsərrüfatı ilə məşğul olan rayon Ağdam olsa da, bu rayonda yerli toxumdan istifadə olunmur: 

“Əsasən toxumu Türkiyədən gətiririk. Səbəb isə həmin toxumun məhsuldarlığının çox və xəstəliklərə davamlı olmasıdır. Rayonda yerli soğan toxumlarının yetişdirilməsi ilə məşğul olanlar var idi. Lakin həmin toxumların məhsuldarlığı az idi”.

N.Hacıyev qeyd edib ki, təsərrüfatlarda rayon sahibkarları əsasən xarici toxumlara üstünlük verirlər: 

“Xaricdən gətirilən soğan toxumunun məhsuldarlığı çox olur. Yerli toxumların aqrotexniki qaydada yetişdirilməsi, becərdilməsi çətindir. Sahibkar yerli toxumdan istədiyi məhsuldarlığı ala bilmir. Digər tərəfdən, xaricdən gətirilən toxumlardan əldə edilən məhsulu saxlamaq olur, yerli məhsulda isə bu, alınmır. Bu səbəbdən sahibkarlar təsərrüfatlarda xarici toxuma üstünlük verirlər”.

N.Hacıyev həmçinin deyib ki, xaricdən gətirilən toxumla əldə edilən məhsuldan növbəti il üçün toxum götürməyə şərait yoxdur: 

“Toxumu yetişdirmək üçün aqrotexniki qaydaları bilən mütəxəssislər yoxdur. Ona görə də, toxumlar hər il xaricdən gətirilir”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri