21 
Noy
2017
12:28
81
11
2239
Virtual karabakh

Canet Yellen FES-lə əlaqələrini tamamilə kəsir

21 Noy, 2017
12:28
2239

Canet Yellen FES-lə əlaqələrini tamamilə kəsir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Mərkəzi Bankının ilk qadın rəhbəri Canet Yellen səlahiyyət müddəti başa çatdıqdan sonra FES-in İdarə Heyətinin üzvü kimi qalmayacaq.

Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Yellenin istefa məktubu dünən ABŞ prezidenti Donald Trampa təqdim edilib.

Nəzərə çatdıraq ki, Yellenin səlahiyyət müddəti  2018-ci ilin fevralın 4-də başa çatır. 

ABŞ prezidenti Donald Trampa ünvanlanan məktubda C.Yellen qlobal maliyyə böhranı şəraitində ölkə iqtisadiyyatında irəliləyişə nail olmaqdan məmnunluğunu ifadə edib: "Bundan öncəki 10 illə müqayisədə iqtisadiyyatımız daha güclü, qarşılaşa biləcəyimiz qeyri-müəyyənliklərə daha dayanıqlıdır. ABŞ vətəndaşlarının və şirkətlərinin gözləntilərini doğrultmağa nail olduğumuz üçün çox məmnunam".

ABŞ prezidenti Donald Tramp FES rəhbərliyinə Cerome Powellini təyin edib.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri