21 
Noy
2017
13:06
11
224
1707
Virtual karabakh

Oqtay Əsədov: 2018-ci ilin dövlət büdcəsi sosialyönümlüdür

21 Noy, 2017
13:06
1707

Oqtay Əsədov: 2018-ci ilin dövlət büdcəsi sosialyönümlüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Prezident ilham Əliyevin düşünülmüş iqtisadi siyasəti nəticəsində qlobal iqtisadiyyatda baş verən maliyyə böhranlarının Azərbaycan iqtisadiyyatına təsirinin qarşısını almağa imkan verib".

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı spiker Oqtay Əsədov deyib.

"Yürüdülən iqtisadi siyasət makroiqtisadi təhlükələrin qarşısını almağa imkan verib. Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılması və Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsi Azərbaycanın dayanıqlı iqtisadi inkişafına zəmin yaradıb. Son illərdə həyata keçirilən tədbirlər nəticəsində ölkədə qeyri-neft sektorunun payı 50%-dək yüksəlib. 2018-ci ilin dövlət büdcəsi sosialyönümlüdür. Xərclərin 33,5%-nin sosial sahəyə ayrılması bunu bir daha sübut edir. Növbəti ildə iqtisadi artım proqnozlaşdırılır. 2018-ci ilin dövlət büdcəsi nəzərdə tutulan layihələrin reallaşmasına imkan verəcək", - deyə o vurğulayıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri