21 
Noy
2017
13:26
65
128
4205
Virtual karabakh

Dövlət Neft Fondundan büdcəyə 76 mlrd. dollar köçürüldü

21 Noy, 2017
13:26
4205

Dövlət Neft Fondundan büdcəyə 76 mlrd. dollar köçürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiymətinin 45 dollar/barel səviyyəsində götürülməsi qarşıdakı hədəflərə nail omağa imkan verəcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə Milli Məclisin bugünkü plenar iclasında büdcə zərfinin müzakirəsi zamanı bildirib: "Dövlət Neft Fondundan son 10 ildə 76 mlrd. dollar transfert etmişik. Bu olmasaydı, Azərbaycan risklərlə üzləşə bilərdi"

Komitə sədri bildirib ki, 2018-ci ildə neft hasilatının azalmasına baxmayaraq, ölkədə ümumi iqtisadi artım proqnozlaşdırılır: "Ən vacib məsələ emal sənayesinin inkişafıdır, sənayeləşmə templəri yüksəlib. Yeni sənaye parklarının istehsalı 600 mln. manatı keçib".

"Bu potensialı daha da artırmaq lazımdır. Regionlardakı sənaye parkları ölkə sənayesinin simasını formalaşdırır. Pul gəlirlərinin formalaşmasında meyillər rayonların xeyrinə dəyişir. Gələcəkdə əmtəə dövriyyəsi artacaq ki, bu da Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək", - deyə Z.Səmədzadə vurğulayıb.

Millət vəkili əlavə edib ki, Azərbaycan dünyada ən az borcu olan 10 ölkədən biridir: "Ölkədə borcalma strategiyası hazırlanıb".

Z.Səmədzadə qeyd edib ki, kommersiya banklarına inam artırılmalıdır, banklarla əhali arasında konsensus yaradılmalıdır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri