21 
Noy
2017
14:28
16
142
6043
Virtual karabakh

Elman Rüstəmov manatın vəziyyətindən danışdı

21 Noy, 2017
14:28
6043

Elman Rüstəmov manatın vəziyyətindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Profisitli tədiyyə balansı şəraitində valyuta bazarında manatın məzənnəsi sabitləşib"

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, manat ilin əvvəlindən 4%, fevral ayının sonundan isə 11,5% möhkəmlənib.

E. Rüstəmov qeyd edib ki, son 9 ayda milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olub: "Lakin manatın daha əhəmiyyətli möhkəmlənməsi bir sıra makro və mikrorisklərin reallaşmasına yol açardı. Mikroiqtisadi baxımdan başlıca olaraq yaranan yeni ixrac istiqamətlərinin və investisiyaların destimulyasiyası və rəqabət qabiliyyətinin aşağı düşməsi, makroiqtisadi baxımdan isə tədiyyə balansının pisləşməsi, idxalın artması, xarici yeni şoklara qarşı həssaslığın yüksəlməsini qeyd etmək olar. Həyata keçirilən makroiqtisadi yenidən balanslaşma neft gəlirlərindən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi pik ilindəkindən 3 dəfə azalıb və ölkənin strateji valyuta ehtiyatlarına həm nisbi, həm də mütləq qənaət edilib".

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri