21 
Noy
2017
14:55
12
128
2726
Virtual karabakh

Elman Rüstəmov ölkədə pul kütləsinin azaldılması ilə bağlı fikirlərə münasibət bildirib

21 Noy, 2017
14:55
2726

Elman Rüstəmov ölkədə pul kütləsinin azaldılması ilə bağlı fikirlərə münasibət bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"2017-ci ildə monetar şərait, əsasən, fiskal və bank sektorunun likvidliyə olan ehtiyaclarının təsiri altında formalaşıb".

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, 2017-ci ilin ötən dövrü ərzində manatla pul bazası 11%-dən çox artıb, qeyri-neft sektorunda isə iqtisadi artım isə son 10 ayda 2,1% təşkil edib.

E.Rüstəmov ekspertlərin ölkədə pul kütləsinin azaldılması ilə bağlı fikirlərinə də münasibət bildirib: "Belə bir vəziyyətdə bəzən ekspert icmasında iqtisadiyyatda pulun çatışmaması və bunun makroiqtisadi inkişafa mənfi təsir göstərməsi barədə fikirlər səsləndirilir. Bununla əlaqədar qeyd etmək istəyirəm ki, Mərkəzi Bank iqtisadiyyatın, ödəniş sisteminin, ilk növbədə büdcə sisteminin fasiləsiz çalışması üçün iqtisadiyyata kifayət qədər pul verir. Digər tərəfdən, hazırda bank aktivlərinin təxminən 20%-dən çoxunu likvid aktiv təşkil edir. Biz kredit aktivliyinin yüksəlməsini müşahidə etmirik. Mərkəzi Bank bütövlükdə likvidliyin verilməsi, bütün pəncərə, yəni sterilizasiya alətlərini daim aktiv saxlayır. Cari ildə kreditlərin verilməsi ilə bağlı heç bir müraciət edilməyib. Lakin Mərkəzi Bankın sterilizasiya alətlərinə tələb yüksəkdir. İlin ötən dövründə həm Mərkəzi Bankın, həm də Maliyyə Nazirliyinin maliyyə alətlərinə müraciətlərində tələb təklifi təxminən 3 dəfə üstələyib".

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri