22 
Noy
2017
16:17
22
183
3478
Virtual karabakh

Kirayə mənzillərin qiymətləri qalxıb

22 Noy, 2017
16:17
3478

Kirayə mənzillərin qiymətləri qalxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kirayə bazarında qiymətlər qalxıb. 

Oxu.Az relitorlara istinadən verir ki, hazırda bazarda 2 otaqlı mənzillərin dəyəri 450-500 manat, 1 otaqlı mənzillər 350 manat təşkil edir. 

Birinci zonada, yəni şəhərin mərkəzində 2 otaqlı mənzillərin dəyəri 600-700 manat arasında dəyişir. Relitorların sözlərinə görə, hazarda bahalaşma daha çox yeni tikililər üzrə baş verib: "Azadlıq Prospekti", "İnşaatçılar", "20 Yanvar", "Memar Əcəmi" metrostansiyalarının yerləşdiyi ərazilərində kirayə mənzillərin dəyəri daha çox bahalaşıb. Tam təmirli və mebellə təhciz olunmuş evlərin kirayə qiymətləri 450 manatdan başlayır. İki otaqlı mənzillərlə 3 otaqlı mənzillərin qiymətlərində elə də böyük fərq yoxdur". 

Relitorların sözlərinə görə, mənzil sahibləri müştərilərlə uzunmüddətli müqavilə imzalamağa maraq göstərirlər: "Bəzən də ilk iki ayın kirayəsi əvvəlcədən alınır".  

O da məlum olur ki, hazırda bazarın bu seqmentində aktivlik müşahidə edilməkdədir.  

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri