22 
Noy
2017
18:07
25
187
2556
Virtual karabakh

Azərbaycana gətirilən qızılgül və qərənfilə yeni gömrük idxal rüsumu tətbiq olunacaq

22 Noy, 2017
18:07
2556

Azərbaycana gətirilən qızılgül və qərənfilə yeni gömrük idxal rüsumu tətbiq olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qızılgül və qönçələrlə bağlı tətbiq ediləcək yeni gömrük idxal rüsumları məlum olub.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən qızılgülə gömrük dəyərinin 15 faizi dəyərində gömrük idxal rüsumu tətbiq edilir, qərənfil idxalı isə gömrük idxal rüsumundan azaddır. Gələn il yanvarın 1-dən isə qızılgül və qərənfilin 1 kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu alınacaq. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri