22 
Noy
2017
19:03
19
121
2622
Virtual karabakh

SOCAR "Qazprom"dan qaz alınmasına aydınlıq gətirdi

22 Noy, 2017
19:03
2622

SOCAR "Qazprom"dan qaz alınmasına aydınlıq gətirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR-ın və Azərbaycanın böyük qaz anbarı potensialı mövcuddur. Həmin potensialdan istifadə etmək məqsədilə xarici ölkələrdən, o cümlədən də Rusiyadan qaz alınır.

Oxu.Az xəbər verir ki, bunu “APA-Economics”ə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov SOCAR-ın Rusiyanın “Qazprom” şirkətindən 1,6 mlrd. kubmetr həcmində qaz alması ilə bağlı əldə olunmuş razılığa aydınlıq gətirərkən deyib.
 
Onun sözlərinə görə, bu anbarlar xaricdən müxtəlif həcmlərdə qaz almağa imkan verir: “Bu qaz həcmləri sonradan zəruriyyətə və ehtiyaca görə istifadə olunacaq”.
 
SOCAR rəsmisi bildirib ki, alınan qaz xarici bazara da ixrac edilə, daxili bazarda emal və sair məsələlər üçün də istifadə oluna bilər.
 
Xatırladaq ki, SOCAR və Rusiyanın “Qazprom” şirkəti Azərbaycana təbii qazın tədarükünün bərpa edilməsi ilə bağlı razılığa gəlib. Müqavilə noyabrın 21-də imzalanıb. Təbii qazın tədarükü artıq noyabrın 22-də başlayacaq.
 
Müqaviləyə əsasən, SOCAR 1,6 mlrd. kubmetr həcmində Rusiya qazı alacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri