23 
Noy
2017
16:23
12
137
7913
Virtual karabakh

Dünyanın borcu bəlli oldu

23 Noy, 2017
16:23
7913

Dünyanın borcu bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət, korporativ, maliyyə sektoru və ev təsərrüfatlarını əhatə edən qlobal borc həcmi illik müqayisədə 11 trln. dollar və ya 5,1% artaraq 2017-ci ilin II rübünün sonuna 226 trln. dollara yüksəlib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, borcların ÜDM-ə nisbəti isə ötən illə müqayisədə 1 faiz bəndi azalaraq 324%-ə düşüb.

Hesabatı hazırlayan ekspertlər borca xidmət göstərilməsi üzrə çətinlik çəkməyə başlayan şirkətlərin sayının artmasından narahat olduqlarını qeyd ediblər. Hətta hazırkı aşağı faiz səviyyəsində Braziliya, Hindistan, Türkiyə və Çin şirkətlərinin 15-25%-nin çətinliklə üzləşdiyi bildirilir. Həmçinin, Kanada, Almaniya, Fransa və ABŞ-da da borclarını ödəməkdə çətinlik çəkən şirkətlərin artdığı qeyd olunur. Ümumiyyətlə, 2017-ci ildə 1,1 trln. dollar borcun, 2018-ci ildə isə daha 1,7 trln. dollar borcun yenidən maliyyələşdirilməsi planlaşdırılır. Bu borcların 25%-nin ABŞ dollarında olduğu bildirilir.

İnkişaf etməkdə olan ölkələrin xarici valyutada borclarının isə 8,2 trln. dollar və ya məcmu borcun 15%-i qədər olduğu, Türkiyə, Macarıstan, Argentina, Polşa və Çilidə bu göstəricinin 40%-i ötdüyü qeyd edilir. Qısamüddətli perspektivdə Çin, Rusiya, Türkiyə və Hindistanın borc üzrə maksimal ödənişlər edəcəyi bildirilir.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri