23 
Noy
2017
16:55
18
61
1639
Virtual karabakh

"Expressbank"la təcili pul köçürmələri daha sərfəli!

23 Noy, 2017
16:55
1639

"Expressbank"la təcili pul köçürmələri daha sərfəli!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daima məhsul və xidmət növlərini genişləndirən "Expressbank" Türkiyənin UPT (Universal Payment Transfer) təcili pul köçürmələri sistemi ilə əməkdaşlığa başlayır! Türkiyənin ilk və yeganə ödəniş sistemi olan UPT dünyanın 200-dən artıq ölkəsində 400 mindən çox ödəmə məntəqəsi ilə təmsil olunur. Əməliyyatlar USD, EUR, TRY valyutaları ilə aparılır. UPT ilə Türkiyə üzrə fiziki şəxslərin kart hesablarına və İBAN hesablarına, Avropa birliyi ölkələri üzrə fiziki şəxslərin İBAN hesabına köçürmələr etmək mümkündür. 

Xatırladaq ki, "Expressbank" müştəriləri həm pul göndərərkən, həm də pul alarkən Pul Kart hədiyyə kartını qazanırlar. Pul Kart müştərilərə ödənişsiz şəkildə təqdim olunur və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər bu vəsaiti  nəinki ATM-lər vasitəsilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul karta yerləşdirə bilirlər. SMS məlumatlandırma xidməti isə tam pulsuzdur. 

Bundan əlavə, "Expressbank"ın filiallarında digər təcili pul köçürmə sistemləri ilə də pul göndərmək və ya pul almaq mümkündür. Bank Zolotaya korona, Contact, IBA Express, Xəzri və Monex təcili pul köçürmələri sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 600-dən artıq Expresspay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə daha ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az və ya Bankın rəsmi "Facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil olaraq əldə edə bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri