24 
Noy
2017
12:32
14
177
6032
Virtual karabakh

Vahid Əhmədov avtomobillərə tətbiq edilən idxal gömrük rüsumundan danışdı

24 Noy, 2017
12:32
6032

Vahid Əhmədov avtomobillərə tətbiq edilən idxal gömrük rüsumundan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycana idxal edilən avtomobillərə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən dəyişəcək. Bu səbəbdən də Azərbaycanın avtomobil bazarında qiymətlərin kəskin artacağı gözlənilir.

Oxu.Az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov AzNews.az-a açıqlamasında avtomobillərə tətbiq edilən idxal gömrük rüsumu ilə bağlı qanunun qəbul olunmadığını deyib: “Mühərriklərin gücünə uyğun olaraq, avtomobillərdə rüsumların artırılması nəzərdə tutulur. Amma bunun qanun kimi nə vaxt qüvvəyə minəcəyi haqqında fikir irəli sürmək çətindir. Əlbəttə ki, rüsumlarda artım olacaqsa, onda avtomobil bazarında qiymətlərdə müəyyən qədər artım olacaq. Bunun hansı avtomobillərə şamil olunacağı da məlum deyil. Ümumiyyətlə, mühərriklərin gömrük rüsumlarının dəyişdirilməsi Milli Məclisin qərarı səviyyəsində həll olunur. Milli Məclis isə belə qərar verməyib. Dövlət bunu necə tənzimləyəcək, hansı şərtlər irəli sürüləcək, bu haqda bir şey deyə bilmərəm”.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri