Dek
2017
14:40
31
177
3402
Virtual karabakh

Bitkoin 15 min dolları keçdi - YENİLƏNİB

Bitkoin gün ərzində 13 faiz dəyər qazanaraq əvvəlcə 14,000 dollara, daha sonra isə 15,000 dollara yüksəlib.

Oxu.Az xəbər verir ki, Bloomberg-in məlumatına əsasən kriptovalyuta İngiltərə saati ilə 10:10-da 15,075 dollar təşkil edib. 

***

12:14

Bitkoinin məzənnəsi 14 min 185.0 dollara çatıb. Gün ərzində kriptovalyuta 5.07 faiz artıb. Bitkoinin məzənnəsində həftəlik bahalaşma 43.60 faiz təşkil edib. 

 

***

09:44

Dünyanın əsas kriptovalyutası sayılan bitkoinin qiyməti bahalaşmaqda davam edir.

Oxu.Az xəbər verir ki, bitkoinin qiyməti 13 min 953 dollardır. Gün ərzində bu valyuta 3,57 faiz bahalaşıb. Bitkoinin bazar dəyəri 245,36 milyard dollara yüksəlib.

Ethereumun məzənnəsi isə günlük 1,10 faiz bahalaşaraq 418,24 dollar təşkil edib. Bildirək ki, ethereumun bazar kapitalizasiyası ucuzlaşaraq 41,68 milyarda düşüb. 

Son günlər ulduzu parlayan IOTA 16,82 faiz dəyərdən düşüb. Nəticədə bu gün 1  IOTA 3,66000 dollar təşkil edir. 

L.Ə.

www.oxu.az