Dek
2017
14:39
219
15
1116
Virtual karabakh

Nazir: Qazaxıstan neft və qazını Azərbaycandan keçirəcək

Bakı və Astana Qazaxıstan neft və qazının Azərbaycandan keçməklə dünya bazarlarına nəqli məsələlərinə dair iki işçi qrupu yaradır. 

Oxu.Az-ın İnterfaks-a istinadən məlumatına əsasən, bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev cümə axşamı Bakıda jurnalistlərə deyib.

“Qazaxıstan neft və qazının hasilat həcmi artacaq və Azərbaycan ixrac marşrutları qismində nəzərdən keçirilir. Bu məhsulların Azərbaycandan keçməklə dünya bazarlarına gələcəkdə nəqli nəzərə alınaraq Qazaxıstanın Qərbində LNG zavodunun inşası planlaşdırılır”, - K.Bozunbayev bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar Qazaxıstan müvafiq nazirlik və idarələrin nümayəndələrindən ibarət xüsusi işçi qrupunun yaradılmasına dair Azərbaycanla razılığa gəlib.

“Bu işçi qrupu yaxın bir neçə ay ərzində həmin layihənin nə dərəcədə mümkün olacağını öyrənərək bizə hesabat verəcək”, - nazir vurğulayıb.

K.Bozunbayev əlavə edib ki, ikinci qrup Qazaxıstan neftinin Azərbaycandan keçməklə dünya bazarlarına nəqlinin rəqabətədavamlılığını öyrənəcək. 

N.O.

www.oxu.az