11 
Dek
2017
11:23
57
42
7211
Virtual karabakh

Bitkoin bu ölkəni zənginləşdirdi

11 Dek, 2017
11:23
7211

Bitkoin bu ölkəni zənginləşdirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bitkonin qiymətindəki artım ən çox Bolqarıstana düşərli olub. 

Oxu.Az xəbər verir ki, bu ölkədə may ayında həyata keçirilən antikorrupsiya əməliyyatları zamanı polis 213 min 519 bitkoini müsadirə etmişdi. Həmin ərəfədə 1 bitkoinin dəyəri 2 min 354 dollar idi. Bitkoinlərin sayını nəzərə alsaq, bu 500 milyon dollar demək idi.

2017-ci il dekabrın 10-dan bitkoinin qiyməti 15.850 dolları keçib. Beləliklə, Bolqarıstan hökuməti xeyli "zənginləşib". Hazırda  Bolqarıstana məxsus bitkoinlərin dəyəri 3,3 milyard dollardır. Bu da Bolqarıstanın qlobal borclanmasının 18 faizi deməkdir.

Ölkənin bitkoinləri satıb-satmayacağı sual doğurur. Onu da qeyd edk ki, 2016-cı ildə Bolqarıstanın ümumi daxili məhsul istehsalı 52,4 milyard dollara bərabər olub. 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri