12 
Dek
2017
02:14
339
52
4955
Virtual karabakh

Azərbaycan fındıq ixracına görə dünyada üçüncüdür

12 Dek, 2017
02:14
4955

Azərbaycan fındıq ixracına görə dünyada üçüncüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan fındıq ixracına görə dünyada üçüncü yeri tutur.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

Onun sözlərinə görə, artıq fındıq ixracından Azərbaycana əhəmiyyətli həcmdə valyuta daxil olub: “Hazırda Azərbaycanda 12 min hektar fındıq bağı salınıb. Gələn il bu göstəricini 40 min hektaradək çatdırmaq planlaşdırılır”.

Qeyd edək ki, Beynəlxalq Fındıq və Quru Meyvə Şurasının hesabatına əsasən bu il Azərbaycanda 45 min ton fındıq istehsal olunacaq ki, bu da 17 min ton meşə fındığı ləpəsinə bərabərdir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri