12 
Dek
2017
14:39
35
132
4174
Virtual karabakh

Neftin qiymətini bahalaşdıran səbəb

12 Dek, 2017
14:39
4174

Neftin qiymətini bahalaşdıran səbəb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya birjalarında neft bahalaşmaqdadır. Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci il, iyunun 24-dən etibarən ilk dəfə olaraq 65 dolları ötüb.

Neftin bahalaşma səbəbini Oxu.Az-a şərh edən iqtisadçı-ekspert İlham Şaban bildirib ki, birjalara Şimal Dənizindəki ən böyük neft yataqlarından biri hesab olunan Fortiesdən (Britaniya şelfində) Britaniyaya gələn boru kəmərində (Forties Pipelines Systems) çatın əmələ gəlməsi nəticəsində kəmərin istismarının tam dayandırılması təsir edib.

İqtisadçı boru kəmərinin fəaliyyətinin nə zaman bərpa olunacağının hələ məlum olmadığını deyib: "FPS-lə 85 yataqdan hasilat nəticəsində gündəlik 400 min barel neft nəql edilir. Ona görə də vəziyyətin qeyri-müəyyənliyi neft qiymətlərini artıma doğru sövq edir".

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri