12 
Dek
2017
18:30
29
320
3846
Virtual karabakh

Dünya bazarında qazın qiyməti bahalaşdı

12 Dek, 2017
18:30
3846

Dünya bazarında qazın qiyməti bahalaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropanın ən böyük qazpaylayıcı mərkəzlərindən biri - Baumqartendə (Avstriya) baş verən partlayışdan sonra Böyük Britaniyada təbii qazın qiyməti 2015-cü ilin dekabr ayından sonra maksimuma çatıb.

Oxu.Az xəbər verir ki, Report.az bu barədə “Bloomberg” agentliyinə istinadən məlumat yayıb.

Gələn ay üçün təbii qazın fyuçers qiymətləri 23% artaraq 9,82 dollar olub.

Qeyd edək ki, bu gün səhər Baumqarten şəhəri yaxınlığında qazpaylayıcı mərkəzdə güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, 18 nəfər isə yaralanıb. Baumqarten qazpaylayıcı mərkəzi Avropanın üç qazpaylayıcı mərkəzindən biridir. Mərkəz Avstriyanın Slovakiya ilə mərkəzində yerləşir. Qərbi Avropaya nəql olunan Rusiya qazının 1/3-i bu mərkəzdən bölüşdürülür.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri