13 
Dek
2017
09:31
67
121
8370
Virtual karabakh

Azərbaycana gətirilən avtomobillərin sayı artıb

13 Dek, 2017
09:31
8370

Azərbaycana gətirilən avtomobillərin sayı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana ümumilikdə 9 828 ədəd avtomobil idxal olunub.

Oxu.Az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5 008 ədəd avtomobil və ya 2,04 dəfə artıb.

Ölkəyə gətirilən avtomobillərin 169 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 577 ədədi adamların daşınması üçün nəzərdə tutulmuş avtomobillər və digər motorlu nəqliyyat vasitələri, 1 014 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 68 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri