13 
Dek
2017
10:13
36
14
2045
Virtual karabakh

Bu sektorda ixrac kəskin artıb

13 Dek, 2017
10:13
2045

Bu sektorda ixrac kəskin artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın özəl sektorunun ixracı bir ayda 1 milyard 691 milyon dollardan 4 milyard 379 milyon 832 min dollara yüksəlib.

Oxu.Az xəbər verir ki, bu barədə Marja.az Dövlət Gömrük Komitəsinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycanın özəl sektorunun ixracı 1 milyard 691 milyon dollar təşkil edib. Komitənin 2017-ci ilin 11 ayı üzrə açıqladığı statistikada isə göstərilir ki, özəl sektorun ixracı təxminən 4 milyard 380 milyon dollar təşkil edib. Yəni, özəl sektor noyabrda ixracı 2 milyard 689 milyon dollar artırıb. 

2016-cı ilin 11 ayında özəl sektorun ixracı 1 milyard 552 milyon 509 min dolar təşkil edib.

Dövlət sektorunun ixracı isə illik müqayisədə 6 milyard 525 milyon 655 min dollardan 7 milyard 950 milyon 980 milyon dollara, aylıq müqayisədə isə oktyabrın ayının sonundakı 7 milyard 201 milyon 327 min dollardan 7 milyard 950 milyon 980 milyon dollara yüksəlib.  

Qeyd edək ki, əsasən özəl sektorun ixracının kəskin artması nəticəsində Azərbaycanın ticarət əməliyyatlarının həcmi bu ilin oktyabr ayının sonundakı 16 milyard 12 milyon  583 min dollar səviyyəsindən noyabr ayının sonunda 20 milyard 291 milyon 683.43 min dollar səviyyəsinə yüksəlib.

Azərbaycanın ixracı isə  bir ayda 9 milyard 54 milyon 202 min dollardan 12 milyard 500 milyon 979 min dollara qalxıb.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri